Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası DİF-in “Strateji İntellekt” platformasına inteqrasiya olunub

Опубликовано: 22:00, 28.04.2026

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” Dünya İqtisadi Forumunun (DİF) “Strateji İntellekt” (Strategic Intelligence) platformasına inteqrasiya olunub. Bu addım Azərbaycanın rəqəmsal transformasiya gündəliyinin qlobal səviyyədə tanıdılması və beynəlxalq bilik mübadiləsi ekosistemində aktiv iştirakının gücləndirilməsi


baxımından mühüm əhəmiyyət daşıyır. Strategiyanın beynəlxalq platformada yerləşdirilməsi bir neçə istiqamətdə əlavə dəyər yaradır. İlk növbədə, Azərbaycanın rəqəmsal iqtisadiyyat sahəsində prioritetləri və təşəbbüsləri qlobal ekspert icması üçün daha əlçatan olur. Bu isə beynəlxalq əməkdaşlıqların genişlənməsinə, xarici investisiyaların cəlbinə və qabaqcıl təcrübələrin ölkəyə transferinə şərait


yaradır. Eyni zamanda, platforma vasitəsilə strategiyanın icrası üzrə yanaşmaların digər ölkələrin təcrübələri ilə müqayisəsi mümkün olur, bu da siyasətlərin daha çevik və effektiv şəkildə təkmilləşdirilməsinə imkan verir. Bu kontekstdə Azərbaycan rəqəmsal iqtisadiyyat sahəsində regional mərkəzə çevrilmək hədəfinə daha da yaxınlaşır. Harvard, Yel, Oksford universitetləri və KAIST institutu kimi


tərəfdaşların kontent dəstəyi ilə yaradılan “Strateji İntellekt” platforması qlobal çağırışlar, strateji təşəbbüslər üzrə biliklərin sistemləşdirildiyi süni intellekt əsaslı rəqəmsal analitik mühitdir. Platforma 250-dən çox mövzu üzrə əsas tendensiyaları və əlaqələri anlamağa imkan yaradır. “Strateji İntellekt” müxtəlif ölkələrin strategiyalarını, tədqiqatları və qabaqcıl təcrübələri


bir araya gətirərək qərarvericilər, ekspertlər və təşkilatlar üçün vahid bilik bazası rolunu oynayır. Bu platforma vasitəsilə istifadəçilər konkret sahələr üzrə qlobal tendensiyaları izləyə, siyasətlərin təsirini analiz edə və müxtəlif ölkələrin yanaşmalarını müqayisə edə bilirlər. Rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya ölkədə rəqəmsal


transformasiyanın sürətləndirilməsi və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasını əsas hədəf kimi müəyyən edir. Strategiya həmçinin rəqəmsal infrastrukturun inkişafı, innovasiya və startap ekosisteminin gücləndirilməsi, data əsaslı qərarvermənin tətbiqi, beynəlxalq rəqəmsal inteqrasiya və rəqəmsal bacarıqların artırılması kimi 50 təşəbbüsü özündə ehtiva edir. Sənəd süni intellekt,


böyük verilənlər, bulud texnologiyaları və digər 4-cü sənaye inqilabı texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrində geniş tətbiqini nəzərdə tutur. Strategiyanın icrası nəticəsində rəqəmsal sektorun ÜDM-də payının artırılması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəflənir. The post


Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası DİF-in “Strateji İntellekt” platformasına inteqrasiya olunub appeared first on InfoCity.


Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası DİF-in “Strateji İntellekt” platformasına inteqrasiya olunub

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии и Hi-Tech

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 

Топ Новости Недели Топ Новости Недели

 

Süni intellekt bazalarında adınızı tapan servis istifadəyə verildi 18:00, 24 Июн Süni intellekt bazalarında adınızı tapan servis istifadəyə verildi OpenAI-nin keçmiş əməkdaşları tərəfindən yaradılan yeni onlayn platforma istifadəçilərə adlarının süni intellekt modellərinin məlumat bazalarında yer...

Google Gemini-ni birbaşa çipə inteqrasiya etməyə hazırlaşır  süni intellektin məhsuldarlığı 10 dəfəyə qədər arta bilər 00:00, 22 Июл Google Gemini-ni birbaşa çipə inteqrasiya etməyə hazırlaşır – süni intellektin məhsuldarlığı 10 dəfəyə qədər arta bilər Google Frozen v2 adlı yeni server prosessoru üzərində işləyir. Bu çipdə Gemini modeli operativ yaddaşa yüklənməyəcək, əksinə, birbaşa prosessorun tər...

Regionun inkişaf strategiyası çərçivəsində yeni təşəbbüslərin hazırlanması davam etdirilmişdir. Əhalinin rifahının yüksəldilməsi əsas prioritet istiq 14:20, 25 Июн Regionun inkişaf strategiyası çərçivəsində yeni təşəbbüslərin hazırlanması davam etdirilmişdir. Əhalinin rifahının yüksəldilməsi əsas prioritet istiqamətlərdən biri olaraq qalmaqdadır Ötən həftə regionun müxtəlif yaşayış məntəqələrində sosial və iqtisadi fəallıq nəzərəçarpacaq dərəcədə artmışdır. Yerli idarəetmə orqanları bir sıra ...

Kreditləşmə proqramlarına maraq yüksək səviyyədə qalmışdır. Rəqəmsal bankçılıq xidmətlərinin istifadəsi genişlənmişdir. Maliyyə institutları yeni lay 14:26, 25 Июн Kreditləşmə proqramlarına maraq yüksək səviyyədə qalmışdır. Rəqəmsal bankçılıq xidmətlərinin istifadəsi genişlənmişdir. Maliyyə institutları yeni layihələrin maliyyələşdirilməsində fəal iştirak etmişlər Ötən həftə Region 6 ərazisində ictimai həyatın müxtəlif istiqamətlərində aktivlik müşahidə edilmiş və yerli qurumlar bir sıra layihələrin icrasını da...

Regionların davamlı inkişafı üçün həyata keçirilən bu tədbirlər sosial rifahın və iqtisadi sabitliyin möhkəmlənməsinə xidmət etməyə davam edəcək 10:40, 09 Июл Regionların davamlı inkişafı üçün həyata keçirilən bu tədbirlər sosial rifahın və iqtisadi sabitliyin möhkəmlənməsinə xidmət etməyə davam edəcək **13-cü hissə** Ötən həftənin yekun dövründə regionlarda həyata keçirilən sosial və iqtisadi layihələrin nəticələri üzrə əlavə qiymətləndirmələr a...

Müasir texnologiyaların tətbiqi məhsul keyfiyyətinin yüksəlməsinə və istehsal xərclərinin optimallaşdırılmasına şərait yaradır. Regionlarda sənaye mü 10:24, 09 Июл Müasir texnologiyaların tətbiqi məhsul keyfiyyətinin yüksəlməsinə və istehsal xərclərinin optimallaşdırılmasına şərait yaradır. Regionlarda sənaye müəssisələrinin inkişafı yeni iş yerlərinin açılması baxımından da mühüm əhəmiyyət daşıyır Ötən həftə regionlarda həyata keçirilən inkişaf proqramları müxtəlif istiqamətlər üzrə davam etdirilib və yerli qurumlar mövcud layihələrin icrasına ...